Dünyanın ən böyük günəş stansiyası tikiləcək
Yaponiyanın texnologiya şirkəti "Softbank Group" və Səudiyyə Ərəbistanı, dünyanın ən böyük günəş stansiyanı Səudiyyə Ərəbistanında inşa etmək üçün anlaşma memorandumu imzalayıb.
Nyu-Yorkda keçirilən mərasimdə, anlaşma memorandumunu "Softbank" tərəfdən banisi Masayoshi Son, Səudiyyə Ərəbistanı tərəfindən isə Vəliəhd Şahzadə Məhəmməd ibn Salman imzalayıb.
200 milyard dollara başa gəlməsi gözlənilən günəş parkı, 200 GW gücündə olacaq və tam gücü ilə 2030-ci ildə çalışacaq. Bu günəş parkı üçün lazımi avadanlıqların istehsalı, avadanlıqların quraşdırlması və xidmət nəticəsində 100 minə yaxın məşğulluq yaranacaq.
Stansiyanın tikintisinə bu il, ilk elektrik istehsalına isə gələn il başlanması planlaşdırılır.
İqtisadiyyatda neftə asılılığını azaltmaq üçün yeni sahələrə yönələn Səudiyyə Ərəbistanı, son dövrdə xüsusilə texnologiya investisiyalarını artırır. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu, "Softbank"ın 100 milyard böyüklüyündəki VisionFund-ının ən böyük investorudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 38 san. əvvəl
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb























