Böyük markaların sularında plastik maddələr tapıldı
Tanınmış brendlərin plastik qablardakı sularında aparılan testlər, demək olar ki, hamısında plastik zərrəciklər olduğunu ortaya qoyub.
"Marja" xəbər verir ki, doqquz ölkədə satılan 250 plastik qablardakı sular araşdırılıb. Araşdırma "Orb Media" jurnalistika təşkilatı tərəfindən aparılıb.
Araşdırma nəticəsində hər bir litr suda orta hesabla 10 plastik hissəciyinin olduğu, hər birinin də insan saçından daha qalın olduğu məlum olub.
Test edilən markalar, BBC-yə açıqlamalarında plastik qablaşdırma müəssisələrinin yüksək standartlarda olduğunu bildiriblər.
Sular, Nyu-York Dövlət Universitetində araşdırılıb.
Araşdırmaya qatılan universitetinin kimya professoru Sherri Mason, "Bütün markaların plastik qablarındakı sularında plastik tapdıq" deyib və əlavə edib:
"Bu hər hansı bir markanı birbaşa ittiham etmək məqsədi daşımır, araşdırmada məqsəd plastikin hər yerə təsir etdiyini göstərməkdir. Plastik cəmiyyətimizin hər yerinə yayılan bir maddədir və suyumuzu da zəbt edir".
Mikroplastik kimi tanınan kiçik plastik parçaları udmağın sağlamlığa zərər verdiyinə dair dəlil yoxdur, amma mümkün təsirlərinə dair elmi işlər aparılır.
Tədqiqatın nəticələrinə dair Professor Mason, "Fəlakət deyil, amma narahat olmağa əsas var" deyib.
BBC-yə danışan ekspertlərə görə, inkişaf etməkdə olan ölkələrdə kran suyu çirkli olduğundan plastik qablardakı suların istehlakı davam etməlidir.
Su markaları isə məhsulların təhlükəsizlik və keyfiyyət standartlarına uyğun olduğunu bildirirlər.
Şirkətlər, mikroplastiklərlə bağlı əsasnamə olmadığına və suların test edilməsi üçün standart üsullar istifadə edilmədiyinə diqqət çəkirlər.
Professor Mason, keçən il kran suyunda plastik parçalar tapıldığını deyib. Digər tədqiqatçılar da, dəniz məhsullarında, pivədə, dəniz duzunda, hətta havada belə plastik maddələrə rast gəlindiyini bildirmişdilər.
Bu testlər, şüşə sularda bu günə qədər aparılmış ən böyük araşdırma kimi qəbul edilir.
Tədqiqatda 11 müxtəlif qlobal və milli şüşə su markası test edilib. Sular, əhali olaraq yüksək və su istehlakının da nisbətən çox olduğu ölkələrdən alınıb.
Beynəlxalq markalar:
Aquafina
Dasani
Evian
Nestle Pure Life
San Pellegrino
Aqua (İndoneziya)
Bisleri (Hindistan)
Epura (Meksika)
Gerolsteiner (Almaniya)
Minalba (Braziliya)
Wahaha (Çin)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























