Patent hüququ obyektlərinin mühafizəsilə bağlı seminar keçirilib
Şəki şəhərində patent hüququ obyektlərinin mühafizəsi sahəsinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan seminar keçirilib
Oktyabrın 26-da Şəki şəhərində “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə və mühafizə” mövzusunda seminar keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) "Marja"ya daxil olmuş məlumata görə, seminarda çıxış edən Komitədə sədr müavini Niyazi Rəhimov bildirib ki, qeyri-neft ixrac potensialının gücləndirilməsi, sahibkarlığın, ümumilikdə insan kapitalına söykənən iqtisadiyyatın inkişafı dövlətin əsas prioritetlərindəndir.
O, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə struktur xarakterli islahatların aparıldığını, iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrinin təsdiq olunduğunu və ixrac potensialının gücləndirilməsi məqsədilə “Made in Azerbaijan” brendinin təşviqi üçün əhəmiyyətli işlərin görüldüyünü bildirib. Hazırda ölkəmizdə innovativ fəaliyyətə, elm tutumlu sənayenin inkişafına xüsusi diqqət verildiyini bildirən Niyazi Rəhimov ənənəvi biliklər və cöğrafi göstəricilərin şamil olunduğu məhsulların inkişaf etmiş və perspektivli istehlak bazarlarında uğur qazandığını deyib.
Ölkə ərazisində müxtəlif iqlim zonalarının olması, bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicəvi əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar xüsusiyyətlərə malik olması və müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırlanan özünəməxsus məhsullara – istər kulinariya, istər xalçaçılıq və s. sahələrdə xidmətlərin inkişafı sənaye həcmli istehsalın inkişafını şərtləndirir və ixrac perspektivlərini artırır. Komitə rəsmisi patent sistemində müasir hüquqi mühafizə sisteminin təmin olunması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin, ictimai məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb.
Şəki Şəhəri İcra Hakimiyyəti başçısının I müavini Həsən Həsənov “Made in Azerbaycan” brendinin təşviqində mühüm əhəmiyyət kəsb edən məhsulların regionlarla bağlı olduğunu xüsusi vurğulayıb. Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafına yönələn sistem xarakterli tədbirlər nəticəsində hazırda bütün şəhər və rayonlarda yeni müəssisələr yaradılıb. Yerli sahibkarlığın inkişaf etdirilməsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət sahələri yaxından iştirak edir. Həsən Həsənovun sözlərinə görə, bugünki tədbir də buna misaldır.
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru v.i.e. Günel Sevdimalıyeva çıxış edərək mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, çıxışında coğrafi göstəricilərlə bağlı olan məhsulların müasir dövrdə aktuallıq kəsb etdiyini qeyd edərək, istehlaçkılar tərəfindən xüsusi məhsulların axtarılması, coğrafi mənşə ilə identifikasiya olunmuş, işarələnmiş qida məhsulları sahəsində təlabatlarının artdığını bildirib. Eyni zamanda coğrafi adın sadəcə bir ad, bir simvol deyil, istehlakçılar tərəfindən etibar göstəricisi kimi qəbul edildiyini vurğulayıb. Coğrafi göstəricilərin qorunmadığı halda kommersiya təşkilatları tərəfindən haqsız təhriflərə məru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
23 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi













.jpg)






