Neft böhranı dərinləşir, qiymətlər artır
Neft qiymətləri ABŞ və İran arasında əldə olunan atəşkəsdən əvvəlki səviyyələri də keçərək daha yüksək həddə çatıb.Neft qiymətləri ABŞ ilə İran arasında əldə olunan atəşkəsdən əvvəlki səviyyələri də keçərək daha yüksək həddə yüksəlib.
İnvestorlar müharibənin dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı Tehranın təklifinə Vaşinqtonun verəcəyi cavabı gözləyirlər. Tramp bazar ertəsi verdiyi açıqlamada, İranın Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan, lakin nüvə proqramı ilə bağlı məsələləri daha sonraya saxlayan son təklifinin qəbul edilməsi ehtimalının aşağı olduğunu deyib. Digər tərəfdən, "The Wall Street Journal" qəzetinin çərşənbə axşamı dərc etdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp İran əleyhinə blokadanın uzun müddət davam etdirilməsinə hazırlaşmaq barədə göstəriş verib. Məlumata görə, Tramp son iclaslarda İran limanlarına gediş-gəlişi əngəlləyərək (blokada tətbiq edərək) ölkənin iqtisadiyyatına və neft ixracına təzyiqin davam etdirilməsini üstün tutub.
Marja xəbər verir ki, Brent neftinin bir barelinin qiyməti 111 dolları keçərək bağlanıb, ABŞ xam neftinin (WTI) qiyməti isə 3,7% artaraq 100 dollara yaxın səviyyədə günü tamamlayıb. Bakı vaxtı ilə saat 10:00-da Brent nefti 0,5% də bahalaşma ilə 111,80 dollara ticarət olunub.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında İranın strateji dəniz yolunda tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını və boğazın mümkün qədər tez açılmasını istədiyini bildirib.
ABŞ və İran arasında qarşılıqlı məhdudiyyətlər xam neft, təbii qaz və neft məhsullarının axınını ciddi şəkildə azaldaraq enerji qiymətlərini yüksəldib və inflyasiya risklərini artırıb.
Qiymətlər Birləşmiş Ərəb Əmirliklərinin 1 maydan etibarən OPEC və OPEC+ ittifaqından çıxmaq qərarından sonra qismən geriləmişdi. İnvestorlar bunu İranla gərginlik bitdikdən sonra ölkənin istehsalı artırmaq potensialı kimi qiymətləndirib.
İran boğazın yenidən açılması müqabilində blokadanın yumşaldılmasını nəzərdə tutan müvəqqəti razılaşmaya açıq ola biləcəyini bəyan edib. Bununla belə, nüvə proqramı üzrə daha mürəkkəb danışıqların daha sonraya saxlanılması planlaşdırılır.
CNN-ə yaxın mənbələrin məlumatına görə, Pakistan vasitəçiləri yaxın günlərdə İrandan münaqişənin dayandırılması ilə bağlı yenilənmiş təklif ala bilərlər.
Eyni zamanda ABŞ tərəfi İran və onunla əlaqəli qurumlara qarşı iqtisadi təzyiqi artıraraq 35 quruma və şəxsə sanksiya tətbiq edib. Vaşinqton həmçinin Çin daxilində İran neftini idxal edən kiçik emal şirkətləri ilə işləyən bankları sanksiya riski barədə xəbərdar edib.
Birləşmiş Ərəbə Əmirliklərinin OPEC+ ittifaqından çıxması isə qlobal neft bazarında əlavə qeyri-sabitlik yarada bilər. Analitiklər hesab edirlər ki, xüsusilə Səudiyyə ərəbistanı və Rusiya kimi böyük istehsalçıların hasilatı artırması vəziyyəti daha da gərginləşdirə bilər.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 11 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO






















