Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AzRe Təkrarsığorta" ASC 2025-ci ili 22 milyon 351 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 24 milyon 242 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AzRe Təkrarsığorta"nın xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 1 milyon 891 min manat və ya 7,8% azalıb.

Marja.az xəbər verir ki, "AzRe Təkrarsığorta"nın əsas əməliyyat gəlirləri 2024-cü ildə 85 milyon 796 min manat ikən, 2025-ci ildə 111 milyon 171 min manata yüksəlib (25 milyon 375 min manat və ya 29,6% artıb).

Reklam_3_11

Lakin ötən il xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə xərcin 10,5 milyon manat, əsas əməliyyat xərclərinin və işlərin aparılması xərclərinin cəmi 11 milyon manat artması "AzRe Təkrarsığorta"nın mənfəətinin düşməsinə səbəb olub.

"AzRe Təkrarsığorta" ASC Azərbaycanda yerləşən və təkrarsığorta fəaliyəti üçün Azərbaycan Respublikası Mərkəzi Bankından lisenziya almış təkrarsığorta şirkətidir. 

İş elanları AzVak.az-da

Yerli mətbuatın əldə etdiyi məlumata görə, "AzRe Təkrarsığorta" ASC-nin nizamnamə kapitalı 6 fiziki şəxsə - İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev, Mehman Yusifov və Vəliəhd Səfərova məxsusdur. "AzRe Təkrarsığorta" "Qala Həyat Sığorta" ASC-nin 50%-lik səhmdarıdır.

23.02.2026 18:28

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18