Bank İmişlidə filial açdı
AccessBank 2025-ci ilin strateji inkişaf hədəflərinə uyğun olaraq, regionlarda filial şəbəkəsinin genişləndirilməsi tədbirlərini davam etdirir.
Marja xəbər verir ki, Bankın sayca 37-ci filialı İmişli şəhərində müştərilərin istifadəsinə verilib.
Yeni filial İmişli şəhəri, Heydər Əliyev prospekti, 146 ünvanında yerləşir. Təsdiqlənmiş filial konsepsiyasına uyğun olaraq dizayn edilən məkan rahat müştəri axını və çevik maliyyə xidmətlərinin təmin olunması üçün tam şəkildə təchiz edilib.
Filialda müştərilərə mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri və valyuta mübadiləsi də daxil olmaqla geniş spektrli bank xidmətləri təqdim olunur.
Yeni filialın açılışı, AccessBank-ın regionlarda iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafına dəstək verilməsi və maliyyə xidmətlərinin daha əlçatan edilməsinə yönəlmiş strategiyasının növbəti mərhələsini təşkil edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 23-i bölgələrdə olmaqla, 37 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 8 saat sonra
-
-
6 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























