Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
Son iki ayda Azərbaycandan Rusiyaya pomidor ixracı kəskin azalıb.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin ilk yeddi ayında Rusiyaya 149 milyon 541 min ABŞ dolları dəyərində, 138 min 816 ton pomidor göndərilib. Bu, aylıq orta hesabla təxminən 19,8 min ton ixrac həcmi deməkdir.
Lakin avqust ayında Rusiyaya pomidor ixracı cəmi 400 ton təşkil edib. Sentyabrda isə ölkədən ümumilikdə pomidor ixracı 35 ton səviyyəsində olub. Beləliklə, son iki ay ərzində Azərbaycandan Rusiyaya pomidor tədarükü faktiki olaraq dayanıb.
Qeyd edək ki, Rusiya bazarı Azərbaycanın ümumi pomidor ixracının təxminən 97 faizini təşkil edir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
53 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı























