Azərbaycan 8 ayda 1,4 milyard dollarlıq avtomobil alıb
2025-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 1 milyard 381 milyon 386 min dollar (cari məzənnə ilə 2 milyard 348 milyon manat) dəyərində 74 min 481 ədəd avtomobil idxal olunub. Başqa sözlə, ölkəmizə hər ay orta hesabla 9 min 310 ədəd avtomobil gətirilib.
Bu barədə Marja.az Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 8 ayı ərzində Azərbaycana 1 milyard 110 milyon 905 min dollar dəyərində 58 min 939 ədəd avtomobil idxal olunmuşdu. Beləliklə, cəmi avtomobil idxalı dəyər ifadəsilə 270 milyon 480 min dollar və ya 24,3%, miqdar ifadəsilə 15 min 542 ədəd və ya 26,4% artıb.
2025-ci ilin 8 ayı ərzində Azərbaycana 1 milyard 242 milyon 959 min dollar dəyərində 68 min 295 ədəd minik avtomoibili idxal olunub. Ötən ilin eyni dövründə 973 milyon 441 min dollar dəyərində 53 min 6 ədəd minik avtomobili idxal olunmuşdu.
2025-ci ilin 8 ayı ərzində idxal olunmuş minik avtomobillərinin 38 min 595 ədədini və ya 52%-ni hibrid, plagin-hibrid və tam elektrik avtomobillər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























