SOCAR-ın prezidenti: “Karbohidrogenlərə tələbat on illər ərzində davam edəcək”
Karbohidrogenlərə tələbat on illər ərzində davam edəcək.
xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, SOCAR-ın bəzi tərəfdaşları, bəzi şirkətləri hazırda tarazlaşdırılmış şəkildə enerji keçidi edirlər: "Bu da ənənəvi neft-qaz və bərpa olunan enerji mənbələrindən ibarət enerji qarışığı ilə enerji təhlükəsizliyinə töhfə verməklə enerji təmin etməyə əsaslanır. Bu mənada, düşünürəm ki, digər şirkətlər tarazlaşdırılmış yanaşma tətbiq etməyə və ənənəvi neft və qaza investisiya qoymağa davam etməyə çalışırlar, lakin sıfır öhdəliklərinə və davamlı inkişaf və istehsala dair öhdəliklərinə uyğun şəkildə investisiya qoyurlar. Çünki biz hesab edirik ki, yaxşı tərəfdaşlar, düzgün texnologiya ilə ətraf mühitə minimum təsirlə istehsal mümkündür. Biz həmişə belə davamlı sistemlərin inkişafına necə töhfə verə biləcəyimizi müzakirə edirik və bu məlumatları, bilikləri və texnologiyanı paylaşırıq".
O qeyd edib ki, digər tərəfdən, SOCAR neft və qaz kəşfiyyatına investisiya qoymağa davam edir: "Çünki hesab edirik ki, bunlara tələbat onilliklər boyu davam edəcək. Lakin yenə də, biz bunu davamlı şəkildə etməliyik. Yəni mövcud olan ən yaxşı texnologiyadan istifadə etməklə, dekarbonizasiya səyləri ilə birləşdirməklə düşünürəm ki, Azərbaycan və Cənubi Qafqaz regionu şirkətlərin eyni məkanlarda həm ənənəvi neft və qaza, həm də bərpa olunan enerji mənbələrinə investisiya qoya bilər. Həmçinin dekarbonizasiya layihələrinə sahib ola biləcəyi tarazlaşdırılmış enerji qarışığına malik olmaq üçün unikal fürsət təqdim edir".
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)


