Tarixi zərər: bir gündə 13 milyard dollarlıq itki
"İnditex" şirkətinin səhmləri kəskin ucuzlaşıb. Şirkətin bazar dəyəri birjada ticarətin ilk saatında 13 milyard avro dəyər itirərək İspaniya birja tarixinin ən böyük dəyər itkisinə səbəb olub.İspaniyanın moda nəhəngi "İnditex" şirkəti yanvarın 31-də başa çatan dördüncü rübdə 11,2 milyard avro satış həcmi ilə analitiklərin gözləntilərini üstələyib. Marja xəbər verir ki, şirkətin tam maliyyə ili üzrə satışları 10,5 faiz artaraq 38,6 milyard avroya çatıb. Bununla belə, "İnditex", yeni maliyyə ilinə daha yavaş başladığını elan edərək, valyuta məzənnələrindən asılı olmayan artımın 1 Fevral-10 Mart dövründə 4%-ə qədər yavaşladığını bildirib.
Demək olar ki, bütün göstəricilərinin analitiklərin proqnozlarını üstələməsinə baxmayaraq, "İnditex"səhmləri kəskin ucuzlaşıb. İspaniyanın tekstil nəhəngi maliyyə ilinin son rübündə güclü maliyyə nəticələri barədə məlumat verib, lakin günorta ticarətində onun səhmləri 8 faiz ucuzlaşıb. Bu, son beş ilin ən böyük ucuzlaşması idi. "İnditex" səhmləri sonuncu dəfə 12 mart 2020-ci ildə pandemiya və karantin narahatlıqları səbəbindən 10,5 faiz ucuzlaşmışdı.
"İnditex"in bazar dəyəri birjada alqı-satqının ilk saatında 13 milyard avro dəyər itirərək İspaniya fond bazarı tarixində ən böyük itkilərdən birinə səbəb olub. Yalnız "Santander" (2015-ci ilin yanvarında və 2016-cı ilin iyununda) və "Inditex" (üç ay əvvəl) bir gündə 10 milyard avrodan çox dəyər itirmişdi.
Analitiklər bildirirlər ki, şirkətin müsbət maliyyə nəticələrinə baxmayaraq, satışın artım tempinin azalması inkişaf gözləntilərinə mənfi təsir edir. "Bankinter"in analitikləri, "Şirkətin əsasları və biznes modeli hələ də çox möhkəmdir, lakin artımın yavaşlaması və mənfəət marjasının daha da yüksəldilməsinin çətinliyi səhmlərə mənfi təsir edir" deyiblər.
"Inditex"in Baş direktoru Oscar García Maceiras, qısamüddətli dalğalanmalara qapılmadıqlarını vurğulayaraq, “Bir şirkətin bazardakı performansı qısamüddətli deyil, orta və uzunmüddətli perspektivdə qiymətləndirilməlidir. Biz gələcəyə nikbin baxırıq və diqqətimizi davamlı investisiyalar vasitəsilə uzunmüddətli dəyər yaratmağa yönəldirik" deyib
Maliyyə nəticələri və analitik fikirləri
"Inditex"in rüblük xalis mənfəəti 1,42 milyard avro təşkil edib. Bu rəqəm analitik təxminlərindən bir qədər aşağıdır (Bloomberg-in proqnozu: 1,45 milyard avro). Lakin satış gəlirləri (11,21 milyard avro - gözlənilən: 11,15 milyard avro), əməliyyat mənfəəti (EBIT: 1,88 milyard avro - gözlənilən: 1,81 milyard avro) və marja (xalis: 16,8 faiz, ümumi: 24,6 faiz) gözləntiləri üstələyib.
Bir sıra analitiklər "İnditex"in böyümə potensialını tükəndiyini və səhmlərinin hazırda cəlbedici olmadığını bildirirlər. Xüsusilə Asiya və Amerika bazarlarında zəif performansa diqqət çəkən analitiklər, şirkətin gələcək rüblərdə səhmbaşına gəlir artımının yavaşlayacağını proqnozlaşdırır.
Qeyd edilir ki, İnditex hələ də sektorun ən güclü oyunçusudur, lakin zəif istehlak xərcləri nəzərə alınarsa, hazırda şirkətin səhmləri çox bahalıdır.
Digər tərəfdən, Jefferies və JP Morgan, satışların azalmasında müvəqqəti amillərin təsirli olduğunu qeyd ediblər. Jefferies, hava şəraiti yaxşılaşdıqca satışların bərpa olunmağa başladığını və bunun birja hərəkətlərini müəyyən edəcəyini vurğulayıb. JP Morgan isə son həftənin məlumatlarının müsbət olduğunu, lakin ümumi nəticələrin gözləntilərdən bir qədər aşağı olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
12 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi















.jpg)



.jpg)

