Ucarda KOB dostu fəaliyyətə başlayıb
Mərkəzi Aran iqtisadi rayonu üzrə sayca 5-ci, ölkə üzrə isə 48-ci KOB dostu ofisi Ucarda fəaliyyətə başlayıb.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ucar rayonunda bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə 80-ə yaxın sahibkar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri, rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat veriblər. KOBİA-nın dəstək və xidmətləri, eləcə də KOB dostu mexanizmi barədə məlumat da sahibkarların diqqətinə çatdırılıb, Ucar rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
Qeyd olunub ki, Ucar KOB dostu ofisi Mərkəzi Aran iqtisadi rayonu üzrə sayca 5-ci, ölkə üzrə isə 48-ci KOB dostu ofisidir. KOB dostu regionda sahibkarlığın inkişafına, biznesin ehtiyacı olan dəstəyin yerində təmin olunmasına və çətinliklərinin operativ həllinə dəstək olacaq. Ucarda KOB dostunun fəaliyyətə başlaması rayonda yeni KOB subyektlərinin və bizneslərin yaranmasına öz töhfəsini verəcəkdir.
Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə video çarxlar nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Ucar Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
53 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb












.jpg)





.jpg)

