Avropanın ən böyük iqtisadiyyatında illik inflyasiya yüksəlib
Almaniya Federal Statistika Xidməti (Destatis) qiymət artımı ilə bağlı 2023-cü ilin dekabr ayı üzrə ilkin məlumatları açıqlayıb.
Marja.az xəbər verir ki, Almaniyada 2023-cü ilin noyabr ayında 3,2% olan illik inflyasiya, dekabr ayında 3,7% təşkiı edib. Beləliklə, ölkədə inflyasiyada ardıcıl 5 ay davam edən azalmadan sonra yüksəlib.
Ölkədə inflyasiya səviyyəsi aylıq olaraq 0,1% təşkil edib.
Avropa Birliyi tələblərinə uyğun istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 0,2%, 2022-ci ilin dekabr ayı ilə müqayosədə 3,8% artıb.
"Destatis", 2023-cü ilin dekabrında Almaniyada inflyasiyanın artmasının 2022-ci ilin dekabrında federal hökumət tərəfindən vətəndaşların təbii qaz və digər istilik ödənişlərinin ödənilməsinin baza effektindən qaynaqlandığını vurğulayıb.
Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan enerji böhranı zamanı Almaniya dövləti milyardlarla avro yardımla şirkətləri və istehlakçıları enerji borclarından azad etməyə çalışıb.
"Destatis", "Federal hökumətin bu ödənişi 2022-ci ilin dekabrında inflyasiyaya azaldıcı təsir göstərdiyi halda, 2023-cü ilin dekabrında artan təsir göstərib",- bildirib.
Ötən ilin noyabrında enerji qiymətlərinin düşməsi inflyasiya səviyyəsini 3,2%-ə endirib ki, bu da 2021-ci ilin iyun ayından bəri ən aşağı səviyyədir.
Enerji və qida aylardır Almaniyada ən böyük qiymət təyinediciləri olaraq qalır. 2023-cü ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri bir il əvvələ nisbətən 4,5%, enerji məhsulları isə 4,1% artıb.
Ötən ilin dekabrında enerji və ərzaq məhsulları istisna olmaqla inflyasiya 3,5% təşkil edib.
Digər tərəfdən, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada inflyasiyanın yüksəlməsi investorların Avropa Mərkəzi Bankının (AMB) mart ayından etibarən faizləri azaltmağa başlayacağına dair ümidlərini azaldıb.
2023-cü ildə orta inflyasiya 5,9% təşkil edir
Həmçinin "Destatis" 2023-cü ildə inflyasiyanın orta hesabla 5,9% olduğunu bildirib. 2022-ci ildə ölkədə inflyasiya 7,9%-ə yüksələrək 1951-ci ildən bəri ən yüksək səviyyəyə çatmışdı. 2021-ci ildə orta inflyasiya 3,1% olaraq qeydə alınıb.
Covid-19 pandemiyasından əvvəl inflyasiya - 2019-cu ildə 1,4%, 2020-ci ildə isə 0,5% təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















