Neft daha da ucuzlaşdı - iyunun 28-dən bəri bir ilk
Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti iyunun 28-dən bəri ilk dəfə bir barel üçün 73 dollardan aşağı düşüb.
Marja.az xəbər verir ki. Bakı vaxtı ilə saat 21:51-ə olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 4,14% azalaraq 72,96 dollar olub.
Eyni zamanda, WTI markalı neftin yanvarda tədarük üçün fyuçerslərinin qiyməti 4,93% azalaraq bir barel üçün 68,27 dollar təşkil edib.
ABŞ-da inflyasiya məlumatları açıqlanıb. Ölkədə baza inflyasiya aylıq müqayisədə artıb. Bu, FED-in faiz dərəcələrini gözləniləndən daha uzun müddətə yüksək səviyyədə saxlaya biləcəyi qorxusunu daha da gücləndirib. Tendensiya dünyanın ən böyük yanacaq istehlakçısının tələbini məhv edə bilər.
Həmçinin, ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu əvvəlki proqnozla müqayisədə 10 dollardan çox (və ya 11%) azaldaraq 82,57 dollara endirib.
Qlobal monetar şərtlərin məhdudlaşdırıcı olaraq qalması ehtimalı neft qiymətlərinə mənfi təsir edir. Neft İxrac Edən Ölkələr Təşkilatının və onun müttəfiqlərinin (OPEC+) hasilatı gözləniləndən daha az könüllü azaltmaları da əhval-ruhiyyəni azaldıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 18 d. əvvəl
-
-
45 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
56 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
1 saat əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
1 saat əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Ən çox oxunanlar
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ









.jpg)







