Tibb sahəsində ƏDV-nin hesablanması qaydası dəyişir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Marja.az-ın məlumatına görə, “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən, 2024-cü ildən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır:
"Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Məsələn, klinikanın göstərdiyi hər hansı tibbi xidmətin dəyəri ƏDV daxil 1180 manatdır. Müştəri POS-terminal ilə 1180 manatı klinikaya ödəyir. Lakin klinika aylıq ƏDV bəyannaməsi təqdim edərkən vergi tutulan dövriyyə kimi 500 manat qeyd edəcək və 90 manat ƏDV-ni büdcəyə hesablayıb ödəyəcək.
Digər bir mühüm məqam isə vətəndaş tərəfindən ödənilən 180 manat ƏDV-nin ancaq 90 manat hissəsinin klinika tərəfindən büdcəyə ödənilməsidir. Digər 90 manat klinikanın gəliri hesab edilir. Lakin nəzərdə tutulmuş dəyişikliyə əsasən vətəndaşdan alınıb büdcəyə ödənilməyən və klinikanın sərəncamında qalan ƏDV məbləği bir gəlir kimi mənfəət vergisindən (fiziki şəxslərdə gəlir vergisindən) azad ediləcəkdir. Dövriyyənin azaldılması yalnız əhaliyə göstərilən xidmətlər üzrə formalaşan dövriyyəyə tətbiq edilir və nağdsız ödəniş nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























