Ərazisi Kəlbəcər, Tərtər və Ağdam arasında bölünmüş rayon yenidən yaradılır
Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Marja xəbər verir ki, Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.
1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilən Ağdərə rayonu 30 il ərazində Qarabağdakı xunta rejiminin nəzarətində qaldı. 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılmış tarixi qələbə işğal altında olan ərazilərimizn azad edilməsi ilə nəticələnib. Erməni hərbi birləşmələrinin təslim olmağa məcbur edilməsi və tərksilah olunması 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində mümkün oldu və bununla da Azərbaycanın ərszi bütövlüyünün bərpası prosesi başa çatıb.
Prezident İlham Əliyevin Ağdərə rayonunun yaradılması təşəbbüsü, məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi göndərməsi tarixi olan, davamlı iqtisadi, sosial və mədəni əlaqələrə malik ərazi vahidimizin bərpasının təmin edilməsi istiqamətində mühüm addımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























