“PAŞA Bank”dan gənclər üçün “Data Zone” təlim düşərgəsi - QEYDİYYAT DAVAM EDİR
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslər həyata keçirməyə davam edir. Belə ki, Bank tərəfindən data sahəsinə marağı olan gənclər üçün “Data Zone” təlim düşərgəsi təşkil olunur.
Təlim düşərgəsi “PAŞA Bank”ın baş ofisi və ADA Universitetində təşkil olunmaqla iki ay boyunca davam edəcək. Bu zaman müasir gündəmin mühüm istiqamətlərindən olan ”Data mühəndisliyi ”(”Data Engineering”), “Data elmi və maşın öyrənməsi ” (“Data Science & Machine Learning ”) və “Data idarə edilməsi” (“Data Governance”) sahələri əhatə olunacaq. İştirakçılar “PAŞA Bank”ın data peşəkarları tərəfindən keçirilən təlimlərdə praktiki biliklər qazana və təlimçilərin zəngin təcrübələrindən faydalana biləcəklər.
Tədris boyunca fəallığı ilə seçilən və imtahanları uğurla başa vuran iştirakçılar “PAŞA Bank”da xüsusi hazırlanmış proqram üzrə işlə təmin olunma şansı əldə edəcəklər.
Qeyd edək ki, düşərgənin əsas məqsədi karyerasını data istiqamətində qurmaq istəyən gəncləri qısa müddətdə lazımi bilik və bacarıqlarla təmin etmək, bununla da ölkədə data peşəkarlarının yetişməsinə töhfə verməkdir.
Düşərgəyə qeydiyyat üçün son tarix sentyabr ayının 15-dir.
Ətraflı məlumat əldə etmək və qoşulma şərtləri ilə tanış olmaq üçün bu səhifəyə keçid edin:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 d. əvvəl
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb



























