Fitch: Qlobal düyü qiymətləri daha da arta bilər
Fitch Ratings-in hesabatına görə, dünyanın aparıcı istehsalçısı Çinin güclü yağış və daşqın riskləri ilə mübarizə apardığı üçün qlobal düyü qiymətləri daha da arta bilər.Dünyanın aparıcı düyü istehsalçısı Çin güclü yağış və daşqın riskləri ilə mübarizə apardığı üçün qlobal düyü qiymətləri daha da bahalaşa bilər.
Marja.az xəbər verir ki, qlobal kredit reytinqi agentliyi "Fitch Ratings" son hesabatında, "Çinin düyü istehsal edən şimal-şərq bölgəsində məhsuldarlığı azaldacaq güclü yağış, çox güman ki, onsuz da yüksək qlobal düyü qiymətlərinə yuxarı istiqamətdə təzyiq göstərəcək", deyə bildirilir.
Hesabata görə, Çin dünyanın ən böyük düyü istehsalçısıdır və ölkənin düyü istehsalının 23 faizini təşkil edən üç əyalət (Daxili Monqolustan, Jilin və Heilongjiang) daşqın xəbərdarlığının səviyyəsini artırıb.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı son həftələrdə dağıdıcı daşqınlar nəticəsində su altında qalıb. Dokuzuri tayfunu son illərdə Çinin şimalını vuran ən şiddətli fırtınalardan biri olub və paytaxt Pekini son 140 ilin ən güclü yağışlar ilə sarsılıb.
Fitch, bu üç əyalətdə bir çox mühüm düyü istehsal edən ərazilərin leysanlardan və Dokusuri tayfunundan mənfi təsirləndiyinə diqqət çəkərək, "Khanun tayfunu şimala doğru hərəkət edərsə daha bir tufan ilə qarşılaşa bilər",- deyilir.
Ötən həftə Asiya ölkələrindən düyü qiymətləri son 15 ildə rekord səviyyəyə qalxıb, bu, tədarükün azalması ilə bağlı qorxularla bağlıdır.
Məlumata görə, Tayland ağ düyüünün qiyməti bir ton üçün 648 dollara qalxıb. Bu rəqəm 2008-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. Təkcə son bir ildə qiymət təxminən iki dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























