Mərkəzi Xəstəxananın direktor müavini şantaj edilib, 30 min tələb ediblər
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir nəfəri barəsində (Sabirabad rayon Mərkəzi Xəstəxanasının inzibati işlər üzrə direktor müavini Bayram Mikayılov) rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30000 manat pul tələb ediblər. Daha sonra 15000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6100 manat pul alıblar.
Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Sabirabad RPŞ-yə müraciət etmələri xahiş olunur.
XXX
Məlumata görə, Sabirabaddakı “Narşərab” restoranında növbəti görüş təyin edilib. Onlar restoranda B.Mikayılovdan rüşvəti alarkən polis əməliyyat keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















