Ötən il Azərbaycanda dollar bolluğu olub - 2 MİLYARD 48 MİLYON DOLLARLIQ MÜDAXİLƏ
2022-ci ildə Azərbaycana daxil olan xarici valyutanın məbləğində əhəmiyyətli artım izlənmiş, bu, valyuta bazarında tələb və təklifə təsir etməklə valyuta hərraclarında təklifin tələbi üstələməsi ilə nəticələnmişdir. 2022-ci il ərzində keçirilmiş 99 valyuta hərracında 5 milyard 185,7 milyon ABŞ dolları satılmış, bu məbləğ əvvəlki ilə nisbətən 1 milyard 502,6 milyon ABŞ dolları və ya 22,5% az olmuşdur.
Marja.az xəbər verir ki, bu, Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
Qeyd edilib ki, orta hesabla bir hərracda reallaşan valyuta tələbi də 2021-ci illə müqayisədə azalmış və 67,6 milyon ABŞ dollarından 52,4 milyon ABŞ dollarına enmiş, bununla da 70 milyon ABŞ dolları olan orta valyuta təklifindən az olmuşdur.
Valyuta bazarında tarazlığın qorunması məqsədilə il ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən valyuta bazarına edilmiş alışyönlü müdaxilələrin həcmi 2 milyard 48 milyon ABŞ dollarına bərabər olmuşdur.
İl ərzində keçirilmiş valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən reallaşdırılmış valyuta satışı nəticəsində 7 milyard 923 milyon manat dövlət büdcəsinə transfert edilmişdir.
Hərraclar üzrə ən yüksək valyuta satışı yanvar ayında olmuş, 2-ci rübdən başlayaraq ölkənin xarici valyuta daxilolmalarının artması valyuta bazarında satışın azalması ilə müşayiət olunmuşdur. Belə ki, baxılan dövrdə həm neft-qaz, həm də qeyri-neft sektorunun ixracı üzrə gəlirlər artmış, bundan əlavə ölkəyə daxil olan pul baratlarının həcmində əhəmiyyətli artım müşahidə edilmişdir.
Rəydə deyilir: "Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarına dair məlumatların təhlil göstərir ki, valyuta bazarında tələb azalmış və 2022-ci ilin 2-ci rübündən etibarən ABŞ dollarının banklar tərəfindən alışı satışını üstələmiş, bu tendensiya 4-cü rübədək davam etmişdir. Hesabat ilinin aprel-avqust ayları ərzində alış və satış arasında fərqin ən yüksək məbləği iyun ayında qeydə alınmış, müvafiq valyuta üzrə alış satışdan 72,3 min ABŞ dolları çox olmuşdur. İlin yekunlarına görə, nağd mübadilə əməliyyatları zamanı satış alışı üstələsə də, bu fərq 2021-ci illə müqayisədə 2,3 dəfə azalmışdır. Tədiyə balansı barədə məlumatların təhlili valyuta bazarında xarici valyuta təklifinin artmasının enerji xammallarının qiymətlərinin artması nəticəsində mal ixracının, həmçinin ölkəyə göndərilmiş pul baratlarının müsbət dinamikası ilə əlaqəli olduğunu deməyə imkan verir. Məlumatlara əsasən, 2022-ci ildə ölkəyə göndərilən pul baratları 3,6 milyard ABŞ dolları olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3,2 dəfə çoxdur".
Ölkənin xarici valyuta daxilolmaları ilə bağlı eyni tendensiya dövlət büdcəsi üzrə də müşahidə edilmiş, birbaşa xarici valyutada daxil olmuş məbləğin proqnozlaşdırıldığından çox olması Dövlət Nedt Fondunun transfertlərinin qənaətli icrasına imkan yaratmışdır. Belə ki, dövlət büdcəsinin icrası barədə məlumatlara əsasən, 2022-ci ildə dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinə aid edilən hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi 5 milyard 393,9 milyon manat olmaqla, proqnozla müqayisədə 2 milyard 723,9 milyon manat artıq icra edilmişdir. Dövlət büdcəsinin xarici valyutada aparılan xərc istiqamətlərinə isə 2022-ci ildə nəzərdə tutulan 2 milyard 631 milyon ABŞ dollarından da çox olmaqla 2 milyard 818,1 milyon ABŞ dolları və ya 4 milyard 790,8 milyon manat vəsait yönəldilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
2 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)

















.jpg)
