Ələkbərovun şirkətlərindən Qarabağa böyük sərmayə
Onun 2 şirkəti 11,2 milyon manat sərmayə yatıracaq“İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur.
Marja xəbər verir ki, müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq.
İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq.
Dünən Azərbaycan Prezidenti müəssisənin təməlini qoyub.
“Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 3,8 milyon manatdan çox olan yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin yığımı nəzərdə tutulur. İtaliya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Müəssisədə 25 nəfər işlə təmin ediləcək.
Prezident İlham Əliyev bu müəssisənin də təməlini qoyub.
Qeyd edək ki, “Az-Tex-Import” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 4 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi də həyata keçirilir. Həmin müəssisənin təməli 2022-ci il iyulun 20-də dövlətimizin başçısının iştirakı ilə qoyulub. Hazırda müəssisədə tikinti işləri davam etdirilir. İşlərin 2024-cü ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin ediləcək.
Qeyd edək ki, "İmprotex" şirkətləri Füzuli Həsən oğlu Ələkbərova məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























