28-ci Bakı Enerji Forumu keçiriləcək
1 və 2 iyun tarixlərində Azərbaycanda ənənəvi Bakı Enerji Həftəsi çərçivəsində artıq 28-ci Bakı Enerji Forumu keçiriləcəkdir.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumu uzun illər ərzində enerji sahəsinin əsas istiqamətlərinin müzakirə olunduğu mühüm platformaya çevrilib. Bakı Konqres Mərkəzində təşkil ediləcək forumda 600-dən çox nümayəndə iştirak edəcək. İştirakçılar siyahısında Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland Krallığı, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq.
Bu ilki tədbirdə keçid dövründə qlobal enerji şərtləri və qlobal enerji təhlükəsizliyi, Xəzər regionunun bərpa olunan enerji potensialı və digər mövzular müzakirə olunacaqdır. Tədbir çərçivəsində baş tutacaq sessiyalar zamanı həmçinin “Zero Waste” proqramı, xalis sıfır emissiya və yaşıl hidrogen mövzuları da qaldırılacaq.
Son dövrlərdə planetimizin üz-üzə qaldığı çoxsaylı ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr dünya miqyasında geniş müzakirələrə səbəb olur. Qlobal iqlim böhranını aradan qaldırmaq istiqamətində əsas həll yollarından biri kimi məhz “Zero Waste” proqramı nəzərdən keçirilir.
“Zero Waste” tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusudur ki, bu da məhsulların və resursların təyinatının dəyişdirilməsi və ya təkrar istifadə olunması yolu ilə istifadəyə yararlılığını artırmağı təşviq edir.
Bakı Enerji Forumu çərçivəsində ilk dəfə olaraq “Zero Waste” (Sıfır Tullantı) proqramı tətbiq olunacaqdır.
Bu məqsədlə, Forum zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcəkdir. Bundan əlavə, tədbir üçün reklam vasitələrinin də çapından imtina edilərək, forumun təşkil edildiyi məkanda eko bannerlər, elektron “rollup”lar və reklam lövhələrindən istifadə ediləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcəkdir.
Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilmişdir. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istifadəsinə sərf olunan xərclər azaldılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























