Avrozonada baza inflyasiya rekord həddə çatıb
Avro zonasında baza inflyasiyası fevralda 5,6 faizə yüksələrək yeni rekord səviyyəyə çatıb. Əsas inflyasiya da proqnozları üstələyərək 8,5 faiz təşkil edib.Avropa Mərkəzi Bankından (AMB) sərtləşdirici mesajlar gəlməyə davam edərkən, Avro Bölgəsində baza inflyasiya rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, fevralda illik baza inflyasiyası 5,6% olub. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar baza inflyasiyanın 5,3% olacağını gözləyirdilər.
Baza inflyasiyasında rekord qeydə alınarkən, ümumi inflyasiya da gözləntiləri üstələyib. Fevral ayında Avrozonada istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % artıb. Bu məlumat üçün proqnoz 8,3% idi. Yanvarda istehlak qiymətləri illik 8,6% artmışdı.
Aylıq müqayisədə qiymətlər 0,8 faiz artıb.
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard mart ayında keçiriləcək iclasdan sonra da faizin artırılmasının mümkün olduğunu, faiz artımının gələcək məlumatlardan asılı olacağını bildirib.
Kristin Laqard, "İnflyasiyanın hələ də çox yüksək olduğu bir mühitdə bu ay 0,50 bəndlik faiz artımı müzakirə olunur. İnflyasiyanı aşağı salmaq üçün əlimizdə olan alətlər var. Biz bunun üçün nə lazımdırsa edəcəyik" deyib.
İnflyasiyanın aşağı salınması üçün faiz dərəcələrinin daha da yüksəldilməsi lazım olduğunu qeyd edən Laqard, "Ancaq zirvənin harada olacağını hələ bilmirik. Faiz dərəcələri bir müddət daha yüksək səviyyədə qalmalıdır" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 36 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)














.jpg)

