Azərbaycanın şirkətlər qrupunun Türkiyədəki qolu Kahramanmaraşa yardım göndərdi
Azərbaycanın “İnci” şirkətlər qrupunun Türkiyədə qolu olan "Cassa" şirkəti Kahramanmaraş zəlzələləri nəticəsində zərərçəkənlərə yardım edir.
Belə ki, şirkət tərəfindən əsasən qeyri-ərzaq gündəlik təlabat malları ilə (ədyal, tualet kağızları, salfetlər, Power banklar, birdəfəlik karton stəkanlar, fənərlər, kəfənlər və s.) dolu bir yük avtomobili (TIR) Kahramanmaraşa yola salınıb.
Yardım Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) təhvil veriləcək.
"Cassa" şirkəti son illərin ən dəhşətli təbii fəlakətini yaşayan qardaş Türkiyə xalqına başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir, hər zaman yanlarında olacağını bildirir.
"Cassa” şirkəti Azərbaycanda fəaliyyət göstərən “İnci” şirkətlər qrupunun Türkiyə qoludur. Şirkət 2015-ci ildən İstanbulda istehsal sahəsini qurub və ofisdə tələb olunan ləvazimatların istehsalını həyata keçirir. Məhsullar 30-dan artıq ölkəyə, o cümlədən Azərbaycan, İsrail, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, Serbiya və Bolqarıstana ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 30 d. əvvəl
-
32 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















