İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kapital Bank-da olublar
(®️) Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Rövşən Allahverdiyev ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Camal Nağıyev və Xanbaba Sultanlı ilə görüş keçirib. Görüşdə Camal Nağıyev və Xanbaba Sultanlını ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən Rövşən Allahverdiyev onların praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirib.
“Müsabiqənin ikinci dəfədir ki, keçirilməyinə baxmayaraq bu layihə ölkədə hamı tərəfindən maraqla qarşılanıb. Məhz “Yüksəliş” sayəsində bir sıra qaliblər mentorluq proqramını başa vuraraq, hazırda yüksək vəzifələrə təyin ediliblər. Birinci müsabiqədə olduğu kimi bu dəfə də layihənin idarəçi rəhbərlərindən biri olaraq 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq edəcəyəm, onlarla təcrübəmlə bölüşüb, potensiallarının üzə çıxarmağa kömək göstərəcəyəm. Əminəm ki, qaliblər bu imkandan lazımi səviyyədə bəhrələnib, peşəkar həyatlarında müəyyən uğurlar qazana biləcəklər”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Rövşən Allahverdiyev bildirdi.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə Rövşən Allahverdiyeva təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Həmçinin növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 30 d. əvvəl
-
32 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti





















