Veysəloğlu Şirkətlər Qrupuna baş icraçı direktor təyin edilib
Veysəloğlu Şirkətlər Qrupuna baş icraçı direktor vəzifəsinə Burak Dəniz təyin edilib.
Qrupdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Burak Dəniz FMCG (gündəlik istehlak malları) sahəsində 24 illik təcrübəyə malik olan bir peşəkardır.
Burak Dəniz fəaliyyətinin 15 ilini aparıcı və beynəlxalq istehsalçı şirkət olan “Unilever”də Türkiyə, Orta Şərq və Şimali Afrika üzrə rəhbər vəzifələrdə çalışıb. Daha sonra Avropanın unlu məmulatlar üzrə ən iri şirkətlərindən biri sayılan “La Lorraine” şirkətinin Türkiyə bazarına daxil olmasına rəhbərlik edib. Bununla yanaşı, şirkətin Orta Şərq və Şimali Afrika bölgələri üzrə baş icraçı direktor vəzifəsini də icra edib.
Burak Dəniz həmçinin Türkiyənin böyük holdinqlərindən olan “Yıldız Holdinq”ə daxil olan şirkətlərin birinə rəhbərlik edib. Burak Dəniz yeni bazarlar, distribusiya, fabriklərin qurulması və strateji biznesin inkişafı üzrə beynəlxalq səviyyədə idarəetmə təcrübəsinə malikdir.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Şirkətlər Qrupu hazırda pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Qrupun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Veysəloğlu Şirkətlər Qrupunun əsas təsisçisi və Müşahidə Şurasının sədri Aydın Talıbovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 28 d. əvvəl
-
30 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















