Zəlzələ qorxusu Bakının əmlak bazarını vurdu - BİNA EVLƏRİNİN SATIŞI AZALIR
Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranması ilə əlaqədar həyəcan hiss olunur.
Bunu “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların yeni tikili binalara etibarsız yanaşmasıdır.
“Hazırda hər bir vətəndaş özünü qorumaq məqsədi ilə yeni tikili binaların zəlzələyə dayanaqlılığını araşdırır. Bəzən isə araşdırmadan fobiya (qorxu) yarandığı üçün yeni tikili binalara etibarsızlıq yaranır. Türkiyədə baş verən zəlzələdə dağılan binaların çoxusu yeni tikililər olub. Bu normal bir haldır ki, vətəndaşlar ehtiyat etməyə başlayıb. Hazırda əmlak bazarında yeni tikili binalarda alqı-satqı prosesi 50 %-ə qədər düşüb. Bazarda durğunluq yaranıb. Alıcılar fikirlərindən daşınıblar və ev almağa hələlik tələsmirlər. Düşünürəm ki, belə vəziyyət bir neçə ay davam edəcək”.
E.Azadov deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər: "Hazırda isə buna çox diqqət yetirirlər.
Əvvəl yeni tikili binadan mənzil alanda vətəndaşların marağında binanın inşa vaxtı, istismara veriləcəyi tarix və s. olurdusa, indi isə binanın texniki baxımından dayanıqlığı ilə daha çox maraqlanırlar. Amma bununla bağlı tikinti şirkəti heç bir açıqlama verə bilməz. Məsələn, şirkət deyə bilməz bu bina 8 və ya 9 bal gücünə davamlıdır. Çünki bu rəy Fövqəladə Hallar Nazirliyinin xüsusi ekspertiza qrupu tərəfindən verilir.
Tikinti şirkətlərin binada əlavə konstruksiya dəyişikliyi etməsi əlavə xərclər deməkdir. Hazırda tikinti materialların qiymətinin baha olması da əlavə maneədir".
Yeni tikili binaları inşa edən şirkətlərdən birinin nümayəndəsi bildirib ki, artıq bir neçə vətəndaş mənzil üçün ödədiyi behi geri alıb: "Ev almaq fikrindən daşınanlar varsa, gəlib behini götürə bilər. Biz problem yaratmırıq. Bu da normal bir haldır. Türkiyədəki zəlzələdən sonra hamı şübhə içindədir. Bu da gözlənilən idi”.
Digər tikinti şirkətinin nümayəndəsi məsləhət görür ki, vətəndaşlar behi qaytarmamışdan əvvəl yaxşı bir araşdırma aparsınlar:
“Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların mənzillərə tamamilə fikri dəyişib. Hətta mənzillərini satanlar da var. İnsanları başa düşmək olar, amma Türkiyədə təməli yaxşı olan binalar dağılmayıb. O demək deyil ki, yeni tikili binalar hamısı yaxşı deyil”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
5 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
5 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















