GoldenPay/Hesab.az AFAD fonduna 50 000 TL ianə etdi!
(®️) Hesab.az Qardaş Türkiyəyə dəstək kampaniyası keçirib!
GoldenPay/Hesab.az onlayn xidmətlər platforması 6 fevral 2023 tarixində Türkiyə Respublikasının cənub və cənub şərq regionlarında 7.7 bal gücündə baş verən şiddətli zəlzələlər nəticəsində zərər çəkənlərə yardım məqsədilə “Qardaş Türkiyəyə birlikdə dəstək olaq” adlı dəstək kampaniyaya başlamışdır.
Belə ki, 7-14 fevral tarixlərində Hesab.az-da istifadəçilər tərəfindən edilən bütün ödənişlərdən 50 000 TL məbləğində əldə etdikləri gəliri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna köçürüb. Beləliklə, istifadəçilər Hesab.az portalında ödənişlərini həyata keçirərək, dəstək kampaniyasına qoşulub və Qardaş Türkiyəyə dəstək ola biliblər.
Həmçinin, qardaş ölkəyə humanitar yardım göstərmək istəyən şəxslərin sayının çox olacağını nəzərə alaraq, Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan etmişdir. Hesab.az onlayn xidmətlər portalında istifadəçilərin Türkiyədə baş vermiş zəlzələdə zərər çəkənlərə yardım kampaniyasına ianə etmələri üçün “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”-nə ödəniş etmək xidməti mövcuddur.
Kampaniya çərçivəsində ianə etmək istəyən istənilən fiziki və hüquqi şəxslər Hesab.az saytı və ya tətbiqi üzərindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə istənilən yerdən, istənilən vaxt maliyyə yardımı göstərə bilərlər. İanə etmək istəyən istifadəçilər Hesab.az veb saytı və ya mobil tətbiqində “Xeyriyyə” bölməsinə daxil olur və “Azərbaycan Qızıl Aypara Cəmiyyəti” üzərinə klik edirlər və ödəniş növünü seçirlər. Üç ödəniş növ mövcuddur: Anonim ianə, Fərdi ianə, Korporativ ianə. Bundan sonra lazım olan məlumatları daxil edərək, ödənişi həyata keçirə bilərlər. Qeyd edək ki, ödəniş zamanı komissiya məbləği tutulmur.
İanə etmək üçün https://bit.ly/3k2eti3
İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
34 d. əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















