Yerli şirkətin sorğusuna görə, “Aztelekom” və “Baktelecom”un müştərilərinin məmnuniyyəti artıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Aztelekom” və “Baktelecom”un müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində artım müşahidə olunub.
Məlumatda qeyd edilib ki, yerli araşdırma şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, 2022-ci il ərzində “Aztelekom” və “Baktelecom”un ölkə ərazisində Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) 2021-ci illə müqayisədə müvafiq olaraq 23 bal və 18 bal artıb.
Qeyd edilib ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markaya – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib. “Aztelekom” və “Baktelecom” müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.
Həmçinin müştəri sorğularının işlənməsi və cavablandırılmasının təkmilləşdirilməsi, GPON (Gibabit Passive Optical Networks) texnologiyası vasitəsilə genişzolaqlı internet xidmətlərinin göstərilməsi, internet sürətinin daha yaxşı təmin edilməsi üçün şəbəkənin təkmilləşdirilməsi və ötən il ərzində digər planlaşdırılmış strateji təşəbbüslər müştəri məmnuniyyətini təmin edən faktorlardır.
Nazirliyin məlumatına görə, NPS müştəri məmnuniyyətini ölçən və biznesin böyüməsini proqnozlaşdıran sistemdir. Bundan dünya miqyasında ən böyük şirkətlər istifadə edir.
Qeyd edək ki, ölkə ərazisində “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir. Bu günə qədər 814 minədək ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub. Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” və “Baktelecom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















