Ödənişsiz olaraq biznes təlimlərdən faydalanmaq imkanı
Sahibkarlar biznes sahəsində təlimlərə, bilik və bacarıqlara olan ehtiyaclarını videotəlim platforması vasitəsilə qarşılaya bilərlər.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, platformada hər biri 20 mövzudan ibarət olmaqla 180 təlim videosu yerləşdirilib. Videotəlimlər biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili və s. mövzuları əhatə edir. Platformada təlim mövzularının təqdimatları, eləcə də müvafiq özünüqiymətləndirmə testləri və təlimçilər barədə məlumatlar da öz əksini tapıb.
Qeyd edək ki, video təlim platforması sahibkarların təlim imkanlarının və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsi məqsədilə innovativ yanaşmaya və müasir təcrübəyə əsaslanmaqla Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Platformanın əsas üstünlükləri istifadəçinin yaşadığı yeri tərk etmədən, istədiyi vaxtda və istədiyi yerdən təlimləri izləmək imkanıdır. Digər bir üstünlük isə platformadan istifadənin ödənişsiz olmasıdır. İndiyədək onlayn təlim platformasından mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxslər yararlanıb. Video təlimlərdən “www.kobim.az” saytında qeydiyyatdan keçməklə faydalanmaq olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























