ABŞ-da məşğulluqda güclü artım
ABŞ-da yanvar ayı üçün kənd təsərrüfatı xaric məşğulluq və əmək haqqı məlumatları açıqlanıb. Məşğulluq məlumatı proqnozdan xeyli yüksək olub. Yanvarda ölkə iqtisadiyyatında kənd təsərrüfatı xaricində məşğulluğun artımı 517 min nəfər olub. Beləliklə, ölkədə 2022-ci ilin iyulundan bəri məşğulluqda ən yüksək artım qeydə alınıb. Yanvar ayında ölkədə orta saatlıq maaş gözləntilərə uyğun olaraq artıb.ABŞ-da monetar siyasət üçün kritik əhəmiyyət kəsb edən kənd təsərrüfatı sektoru xaric məşğulluq və əmək haqqı artımları məlum olub.
Marja xəbər verir ki, ABŞ iqtisadiyyatında kənd təsərrüfatı xaricində məşğulluq yanvar ayında 517 min nəfər artıb. Proqnozu 187 min - 188 min artım idi.
Dekabr ayında 223 min olaraq açıqlanan kənd təsərrüfatı xaric məşğulluq artımı 260 minə revizə edilib.
Məlumatlara görə, yanvar ayında orta saatlıq maaş əvvəlki ayla müqayisədə 0,3% artıb. İllik müqayisədə artım 4,4 faiz təşkil edib. Orta saatlıq maaşın illik 4,3 faiz artacağı gözlənilirdi.
Yanvarda ölkədə işsizlik səviyyəsi gözləniləndən (3,6 faiz) aşağı olmaqla 3,4 faiz təşkil edib. 3,4 faizlik işsizlik səviyyəsi 1969-cu ildən bəri ən aşağı işsizlik səviyyəsi olaraq qeydə alınıb.
Faiz artım tempi yavaşlasa da, qarşıdakı dövrdə də artımın davam edəcəyinə işarə edən FED üzvləri, inflyasiyanın azalması fonunda əmək bazarının son aylarda güclü qaldığına diqqət çəkiblər.
İqtisadçılar, inflyasiyanın zəifləməsi ilə müşayiət olunan məşğulluq və maaşlardakı mülayim artımın yumşaq eniş ssenarisini dəstəklədiyini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 18 d. əvvəl
-
26 d. əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib












.jpg)






