BVF qlobal iqtisadi artım proqnozunu yüksəldib
Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya-Ukrayna müharibəsi və inflyasiya ilə davam edən mübarizə səbəbindən qlobal iqtisadi artım tempinin bu il 3,4 faizdən 2,9 faizə enəcəyini proqnozlaşdırıb. Eyni zamanda, BVF 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu oktyabr ayında proqnozlaşdırılandan 0,2 faiz bəndi yüksək , 2,9 faiz olaraq açıqlayıb.Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın 2022-ci ildəki 3,4 faizdən 2023-cü ildə 2,9 faizə düşəcəyini, 2024-cü ildə isə 3,1 faizə yüksələcəyini proqnozlaşdırır.
Marja xəbər verir ki, bu BVF-nin Dünyanın İqtisadi Mənzərəsi (WEO) hesabatında deyilir.
2023-cü il üçün proqnoz 2022-ci ilin Oktyabr ayındakı Dünyanın İqtisadi Mənzərəsi hesabatında proqnozlaşdırılandan 0,2 faiz bəndi yüksəkdir, lakin tarixi orta göstəricidən (2000-20119-cu illərdə orta hesabla 3,8 faiz) aşağıdır.
BVF qeyd edib ki, yüksək inflyasiya ilə mübarizə üçün mərkəzi bank faizlərini yüksəldmələri və Rusiyanın Ukraynadakı müharibəsi iqtisadi fəaliyyətə mənfi təsir etməkdə davam edir. Çində COVID-19-un sürətlə yayılması 2022-ci ildə artımı zəiflədib, lakin bu yaxınlarda yenidən açılma gözləniləndən daha sürətli bərpa üçün yol açıb.
Qlobal inflyasiyanın 2022-ci ildəki 8,8 faizdən 2023-cü ildə 6,6 faizə və 2024-cü ildə 4,3 faizə düşəcəyi, hələ də pandemiyadan əvvəlki (2017-19) təxminən 3,5 faiz səviyyəsindən yuxarı olacağı gözlənilir.
Hesabatda qeyd edilib ki, risklər balansı aşağıya doğru meylli olaraq qalır, lakin mənfi risklər 2022-ci ilin oktyabr ayından sonra azalıb. Bir çox iqtisadiyyatlarda inflyasiya səngiyib. Eyni zamanda, Rusiyanın Ukraynadakı müharibəsi güclənə bilər və qlobal maliyyələşdirmə xərclərinin daha da sərtləşməsi borc problemini pisləşdirə bilər. Digər geosiyasi parçalanma də iqtisadi tərəqqiyə mane ola bilər.
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da iqtisadi artımın bu il 1,4% (oktyabr ayı proqnozundan cəmi 0,4 bəndi çox), 2024-cü ildə isə 1% ( oktyabr proqnozundan 0,2 faiz bəndi az) təşkil edəcəyini gözləyir. BVF bu il Çinin ÜDM artımı ilə bağlı proqnozunu 5,2%-ə qədər yaxşılaşdırıb (Oktyabr ayındakı proqnoz ilə müqayisədə 0,8 bənd çox).
Fond Avro zonasında iqtisadi artımın 2023-cü ildə 0,7%, 2024-cü ildə isə 1,6% olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)





