“Yapı Kredi Bank Azərbaycan” 2022-ci ili mənfəətlə başa vurub
“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ili uğurla bitirən Bankın xalis mənfəəti 1 milyon 153 min manat təşkil edib.
Qeyd edilib ki. ötən il ilə müqayisədə Bankın faiz gəlirləri 18% artaraq 26.2 milyon manat, qeyri-faiz gəlirləri 31.3% artaraq 18.9 milyon manat təşkil edib. Ümumilikdə isə, Bank 2022-ci ili 24.1 milyon manat xalis faiz gəliri ilə başa vurub.
Maliyyə nəticələrinə əsasən, 2021-ci illə müqayisədə 2022-ci ildə bankın aktivlərinin həcmində 22.1% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 481.9 milyon manat təşkil edib.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 35.5% artmış və 236.9 milyon manat olmuşdur, biznes kreditləri 44.3% artaraq 169.2 milyon manat, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 12.8% artaraq 45.3 milyon manat olmuşdur.
Sahibkarlara və fiziki şəxslərə yüksək xidmət və xüsusi yanaşma banka olan inamı daha da artırmışdır və bankın depozit portfeli ötən il ilə müqayisədə 27.6% artaraq 363.9 milyon manat təşkil etmişdir. Fiziki şəxslər üçün bu rəqəm 17.9% artaraq 80.8 milyon manat, hüquqi şəxslər üçün 30.7% artaraq 283,1 milyon manat təşkil edib.
2022-ci ilin göstəricilərinə əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 26.6%, məcmu kapitalının adekvatlıq əmsalı isə 28.1% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 75.1 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Yapı Kredi Bank Azərbaycan” ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq, ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimizə çevrilmişdir. Həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 47 d. əvvəl
-
54 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu





















.jpg)
