Yüksək faiz “qonaqlığı” bitir
Depzoit hərraclarında, notların və dövlət istiqrazlarının yerləşdirilməsində faizlər aşağı düşsə də tələb təklifi üstələyərək rekordlar qırır.
Mərkəzi Bank depozit hərracında daha aşağı faiz ödəmək üçün faiz dəhlizinin aşağı həddini 12%-dən 10%-ə saldı. Çünki depozit hərracları ilə vəsaitlərin cəlb edilməsi və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 15%) arasında dəyişən faiz dərəcələri ilə aparılır.
“Marja” xəbər verir ki, depozit hərraclarında və notların yerləşdirilməsində faiz 10.01%-ədək düşsə də tələb azalmır.
Məsələn, 07.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 761,3 milyon manat təşkil etmişdir. Halbuki, Mərkəzi Bank 200 milyon manat cəlb etmək istəyirdi. Həmin hərracdakı tələb yeni rekord idi. Depozit hərraclarında bundan əvvəlki rekord 09.06.2017-ci il tarixində keçirilmiş depozit hərracında qeydə alınmışdı - 665,2 milyon manat.
Banklar depozit hərracları vasitəsilə öz vəsaitlərini Mərkəzi Bankda 14 günlük depozitə yerləşdirərək qazanc götürürlər. Cəlb ediləcək vəsaitin məbləğini Mərkəzi Bank müəyən edir.
Notların yerləşdirilməsində də tələb təklifi dəfələrlə üstələyir. 5 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 100 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracda sifarişlərin ümumi məbləği 320,4 milyon manat olmuşdur. Notlar üzrə də faiz 10,01%-ədək düşmüşdür.
Dövlət istiqrazları üzrə gəlirlilik də düşür. Artıq dövlət istiqrazlarında illik faiz 21%-dən 13,4%-ədək düşüb. Lakin yenə də tələb azalmır, təklifi dəfələrlə üstələyir.
Faizlərin aşağı düşməsinin səbəbi tələbin təklifdən çox olmasıdır.
Gəlirlilik aşağı düşsə də, bankların yenə də risksiz depozit hərraclarına və dövlət qiymətli kağızlarına böyük maraq göstərmələrinin səbəbi, vəsaitləri kredit şəkilində verə bilməmələridir. Depozit hərraclarında və dövlət qiymətli kağızlarında gəlirlilik daha da aşağı düşsə də, banklar kredit verməyə yönəlmirlər. Çünki kredit götürənlər çox azdır, üstəlik kreditin götürülməsi üçün şərtlər ağırdır. Banklar yığılmış vəsaitləri sərməyə etməkdə çətinlik çəkirlər.
Avqust ayının əvvəlində Mərkəzi Bankın uçot dərəcəsini aşağı salacağı gözlənilir. Əgər Mərkəzi Bank uçot dərəcəsi ilə bərabər faiz dəhlizinin aşağı həddini də yenidən aşağı salarsa depozit həraclarında əqdlər üzrə faiz dərəcəsi daha da aşağı düşə bilər. Manat sabitləşir, qarşıdakı dövrdə depozit hərraclarının və not emissiyalarının azalacağını gözləmək olar. Belə olan halda kredit verə bilməyən bankların qazancı azalacaqdır.
Qeyd edək ki, depzoit hərraclarında, notların və dövlət istiqrazlarının yerləşdirilməsində faizlərin yüksək olması Dolların Manat qarşısında bahalaşması idi. Riskli manata inamı artırmaq üçün faizlər yüksək müəyyən olunmuşdu. Manat sabitləşdikdən sonra faizlər də azalmağa başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
-
48 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)







.jpg)






