“Şəxsi hesab vərəqəsi” barədə sahibkarlar və gömrük təmsilçiləri məlumatlandırılıb
Yanvarın 21-də Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.
Görüş Dövlət Gömrük Komitəsinin pilot variantda tətbiqinə başladığı “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə sahibkarları və gömrük təmsilçilərini məlumatlandırmaq, onların fikir və rəylərini öyrənmək məqsədilə təşkil edilib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, gömrük işinin günün tələbləri səviyyəsində beynəlxalq standartlara uyğun şəkildə təşkili, şəffaflığın, əlçatanlığın artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, rəqəmsallığın genişləndirilərək təmasın minimuma endirilməsi məqsədilə gömrük sistemində institusional təkmilləşdirmələr aparılır, “Şəxsi hesab vərəqəsi” elektron xidməti də bu istiqamətdə tətbiq edilən mühüm yeniliklərdəndir. Yeni elektron xidmət biznes fəaliyyətinin, əməliyyatların, maliyyə-uçot sisteminin düzgün qurulmasına münbit şərait yaradır.
Daha sonra Komitənin mütəxəssisləri tərəfindən “Şəxsi hesab vərəqəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə canlı olaraq iştirakçılara izah edilib, sahibkarları və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























