“Avrora Qrup”a daha bir baş direktor təyin edilib
“Avrora Qrup”da yeni təyinat olub.
Marja.az-ın əldə etdiyi məlumata görə, Elmir Ağayev şirkətin baş direktoru təyin edilib.
Elmir Ağayev bundan sonra şirkətdə Tədarük Zənciri direktorluğu, İstehsalat direktorluğu və Satış direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Qeyd edək ki, Elmir Ağayev bu vaxta qədər “Avrora Qrup”da Tədarük Zənciri direktoru vəzifəsində çalışırdı.
E. Ağayev bundan öncə Azərsun Holdinqə daxil olan Sun Food MMC, Bazarstore MMC ve Al Market MMC şirkətlərində yüksək vəzifələrdə çalışıb. O, 2020-ci ildən “Avrora Qrup”da çalışır.
E.Ağayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.
Xəbər verdiyimiz kimi, Ceyhun Yusubov və Sərxan Rəhimli də şirkətin baş direktorları təyin ediliblər.
Ceyhun Yusubov şirkətdə Biznes və İnvestisiya Layihələri direktorluğu, Risklərin İdarə Olunması direktorluğu və Əməliyyatlar direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Sərxan Rəhimli isə şirkətdə Marketinq direktorluğu, Rəqəmsal Transformasiyalar direktorluğu və Maliyyə direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
HƏMÇİNİN OXU: “Avrora Qrup”a yeni baş direktor təyin edilib
HƏMÇİNİN OXU: “Avrora Qrup”a yeni baş direktor təyin edilib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)





