Xaçmazda fındıq son 10 ildə ən aşağı qiymətə satılır
Qiymətlər gözlənilənin əksinə ucuzlaşıb.Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb. Hazırda fındıq son 10 il ərzində ən aşağı qiymətə satılır.
Fındığın qiymətində ötən illərlə müqayisədə 30-35 faizədək ucuzlaşma müşahidə olunur. Təsərrüfatçılar istehsal etdikləri fındığı qəbul məntəqələrinə maksimum 3 manat 60 qəpiyə sata bilirlər. Halbuki ötən illərdə qiymət 5-6 manat civarında idi. Onların sözlərinə görə, hazırda fındıq son 10 ildə ən aşağı qiymətə təklif olunur.
Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.
Fındıq qəbulu məntəqələrində qiymətin ucuzlaşmasını məhsulun xarici bazardakı qiyməti ilə əlaqələndirirlər.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bölgə müxbirinə bildirilib ki, rayonda 10 min 536 hektar fındıq bağı var. Bu bağların 6 min 602 hektarından məhsul toplanılır. Xaçmazın fındıq bağlarından ötən il 7 min 591 ton fındıq istehsal edilib.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir. Məhsuldarlıq torpaq mülkiyyətçilərinin ürəyincə olsa da, fındığın satış qiyməti onları qane etmir. Bir çox təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə qiymətlər gözlənilənin əksinə ucuzlaşıb.
Xaçmaz rayonunda ötən il 100 hektar yeni fındıq bağı salınıb. Rayondakı intensiv üsulla becərilən fındıq bağlarının sahəsi 607 hektardır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)









.jpg)



