"Qardaşlar Mebel" şirkətinin təsisçisinə “Tərəqqi”medalı təqdim olundu
(®) Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medallarını təqdim edib.
“Tərəqqi” medalı təqdim olunan gənc sahibkarlardan biri də "Qardaşlar Mebel" QSC-nin təsisçisi Əli Mirzəyevdir.
2015-ci ildə yaranmış Qardaşlar mebel fabriki yerli mebel istehsalında daim yenilikləri ilə seçilən, 17 kateqoriyadan çox mebel istehsalı ilə məşğul olan müəssisədir.
340-dan çox daimi işçi heyəti olan fabrik 7 il müddətində 350-dən çox layihə icrasına imza atmışdır.
Azərbaycanda ofis mebellərinin istehsalı və təkmilləşdirilməsi istiqamətində daim texnoloji həll yolları təqdim edən "Qardaşlar Mebel" QSC 2020-ci ildən etibarən Amerikaya mebel ixrac edərək, “Made in Azerbaijan” adı altında xarici alıcıların rəğbətini qazanaraq ölkə iqtisadiyyatına öz töhfəsini verir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























