İçərişəhərdə “Sehrli qala” yarmarkası keçirilir - 17 YANVARADƏK DAVAM EDƏCƏK
İçərişəhərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə “Sehrli qala” yarmarkası keçirilir.
Yarmarkada 70-dən çox sahibkar və sənətkarın məhsulları və əl işləri satılır. Belə ki, yarmarkada əsasən müxtəlif aksessuarlar, oyuncaqlar, əl işləri, dekorativ əşyalar, qida və tekstil məhsulları və s. sərgilənir.
Həmçinin yarmarkada qadın sahibkarları və həssas kateqoriyaya aid sahibkar və sənətkarları özündə birləşdirən ictimai birliklərə hazırladıqları məhsulları nümayiş etdirmələri üçün şərait yaradılıb.
Yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirməklə onların inkişafına dəstək olmaqdır. Yarmarka 2023-cü ilin 17 yanvar tarixinədək davam edəcəkdir.
Yarmarkanın açılışına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və millət vəkili Vüqar İskəndərov belə tədbirlərin KOB-ların satış imkanlarının genişləndirilməsində, məhsul və xidmətlərinin geniş istehlakçı auditoriyasına tanıdılımasında, sahibkarlar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu bildirib, yarmarkanın fəaliyyəti ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
-
22 d. əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 34 d. əvvəl
-
39 d. əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
1 saat əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
2 saat əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ amerikalıları Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyə çağırdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı




























