"2022-ci ili 3,5-4 milyon manat mənfəətlə bitirəcəyik"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 2022-ci ili 3,5-4 milyon manat mənfəətlə bitirəcək.
Bunu şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.
Onun sözlərinə görə, son 6 ildə belə bir göstərici qeydə alınmayıb: "Əgər son 3 ili təhlil etsək, görərik ki, “Azərpoçt” 2020-ci ili xeyli zərərlə başa vurub. 2021-ci ildən başlatdığımız islahatlar nəticəsində, zamanımızın az olmasına baxmayaraq, zərərin həcmini xeyli aşağı sala bildik. Həmin vaxtdan başlanan və bu il də davam etdirilən tədbirlər nəticəsində biz 2022-ci ili mənfəətlə bitirəcəyik. Hələ ilin son ayı bitmədiyi üçün konkret rəqəmləri demək mümkün deyil. Amma mən maliyyə uçotumuza əsaslanaraq təxmin edilən göstəriciləri deyə bilərəm.
Beynəlxalq maliyyə hesabatlılığı standartlarına görə maliyyə qurumları müəyyən ehtiyatlar da yaratmalıdırlar. Bu gün bu ehtiyatların üzərində hesablamalar aparırıq və bunu xarici auditorla razılaşdırmaq istəyirik. Təxminən, növbəti ilin mart ayında auditin aparılması və may-iyun aylarında onun dərc edilməsi gözlənilir. Amma biz daxildə bir komanda yaratmışıq. Onlar kənar auditor gəlmədən faktiki olaraq bizim hesabatları beynəlxalq standartlara uyğun hazırlayır. Bundan irəli gələrək deyə bilərəm ki, biz bu ili təxminən 3,5-4 milyon manat mənfəətlə bitirəcəyik. Siz əgər “Azərpoçt”un son 5-6 ildəki hesabatlarına baxsanız görərsiniz ki, belə göstərici heç vaxt olmayıb. Burada söhbət yalnız zərərdən çıxamaqdan getmir, eyni zamanda gəlirin də hansı mənbələrdən formalaşmasından gedir", - deyə o qeyd edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)





