Vergi və Mühasibatlıq Zirvəsinə biletlər artıq satışdadır!
(®) “Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə baş tutacaq Vergi və Mühasibatlıq Zirvəsinə iştirak üçün qeydiyyat başlayıb.
"Facemark" MMC və "Good Finance" şirkətinin təşkilatçılığı ilə keçiriləcək zirvənin əsas məqsədi Azərbaycanın vergi və mühasibatlıq bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətləridir.
Eyni zamanda, maliyyə, audit və idarəetmə kimi istiqamətlərin də əhatə olunduğu sahibkarlar, mühasiblər, maliyyəçilər və digər əlaqəli şəxslər arasında təcrübə mübadiləsinin, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmaqdan ibarətdir.
Bir gün və 4 paneldən (“Mühasibatlıq və Rəqəmsallaşma”, “Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib”, “Vergi riskləri” və “Maliyyə hesabatları və audit”) ibarət olması planlaşdırılan tədbirdə kiçik və orta biznes subyektlərində çalışan mütəxəssislər, mühasib və vergilərdən məsul şəxslər, rəhbərlər, sahibkarlar, konsultantlar şirkətlərin maliyyə, mühasibatlıq, vergi, investisiya, audit departamenti əməkdaşlarının iştirakı nəzərdə tutulmuşdur.
Vergi və Mühasibatlıq Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/vmzbaku
İnstaqram: https://www.instagram.com/vmzbaku/
LinkedIn: https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
-
22 d. əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 34 d. əvvəl
-
39 d. əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
1 saat əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
2 saat əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ amerikalıları Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyə çağırdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı





























