"Vəzifəli şəxslər gəlirlərini şəffaf şəkildə təqdim etməlidirlər. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır"
"Kimi vəzifədən çıxarırlarsa, külli miqdarda vəsaiti, mülkləri ortaya çıxır"“Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanmasının, şəffaflaşdırılmasının vaxtı çatıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdə külli miqdarda vəsaiti, yaxud ölkəmizdə, xarici ölkələrdə mülkləri, binaları ortaya çıxır:
“Bunlar dövlətin vəsaitləridir və bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır. “Cinayət yolu ilə əldə edilmiş əmlak” sözü sıravi vətəndaşa aid deyil, bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Vəzifəli şəxslər gəlirlərini şəffaf şəkildə təqdim etməlidirlər. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























