Gəncə kənd təsərrüfatı məhsullarının istehsalında da iştirak edir
Gəncə şəhərində 2022-ci idə kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yaxşılaşdırılması vacib məsələlərdəndir. Kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi kənd təsərrüfatına yararlı torpaqlardan daha səmərəli istifadə edilməsınə möhkəm zəmin yaratmışdır. Gəncə şəhəri əsasən sənaye şəhəri olmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalı sferasında da qismən iştirak edir.
Şəhərdə 2022-ci lin məhsulu üçün 61,2 hektar sahədə əkin işləri aparılmış, ondan 29,0 hektarı payızlıq arpa, 32,2 hektarı tərəvəz bitkiləri təşkil etmişdir. Hazırda 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı məhsullarının toplanışı başa çatmış, sahələrdən 64,0 ton arpa, 112,6 ton tərəvəz toplanmış, 2021-ci ilə nisbətən arpa istehsalı 11,5 ton, tərəvəz istehsalı 9,2 ton artmış, arpanın məhsuldarlığı 22,1 sentner/ha, tərəvəzin məhsuldarlığı 35,0 sentner/ha təşkil etmişdir.
İl ərzində 1,1 hektarı yeni salınmış meyvə və giləmeyvə bağlarının ümumi sahəsi 01 dekabr vəziyyətinə 332,4 hektar (ondan 307,5 hektarı bar verən yaşda) təşkil etmiş, bağlardan 864,6 ton məhsul toplanmış və məhsuldarlıq 28,1 sentner/ha olmuşdur.
108,8 hektarı bar verən yaşda olmaqla üzüm bağlarının sahəsi 127,2 hektar təşkil etmiş, sahələrdən talvar üzümü də daxil olmaqla 532,9 ton məhsul toplanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)




