Xərc 3917 manat, gəlir isə 2608 manat - tütünçülükdə gəlir xərci ödəmir
"Tütünün satış qiyməti niyə bu qədər ucuz olmalıdır?"Zaqatalada tütünçülüyün inkişafında problemlər də mövcuddur. Belə ki, göstərilən bütün səylərə baxmayaraq, tütün əkininin daha çox artırılması mümkün olmur. Çünki rayonda yay aylarında çaylarda suyun olmaması nəticəsində suvarmada çətinliklər yaranır, tütün əkini üçün keyfiyyətli və suvarmaya əlverişli torpaq sahələrinin icarə haqqı isə ilbəil yüksəlir.
Başqa bir problem isə budur ki, rayonda tütün yığımı ilə fındıq yığımı kampaniyalarının üst-üstə düşməsi nəticəsində işçi qüvvəsi çatmır və bu amil günəmuzd işçilərin gündəlik əməkhaqlarının artmasına səbəb olur.
Yuxarıda qeyd edilənlərlə yanaşı, gübrələrin qiymətinin yüksək olması fonunda tütünün faktiki alış qiymətinin aşağı olması fermerlərin tütün əkininə marağını azaldır. Belə ki, bir ailə təsərrüfatı öz mülkiyyətində olan 1 hektar torpaq sahəsində tütün istehsal edilməsi üçün, (yəni torpaq icarəsinə və işçi qüvvəsinə əlavə vəsait tələb edilməsə), 1867 manat sərf edilir. Cari ildə orta məhsuldarlıq yaş tütündə 0,9 – 1 ton olmuşdur. Bir kiloqram yaş tütün emal müəssisələri tərəfindən orta hesabla 0,30 manata alınır (I növ kiloqramı – 0,35 AZN, II Növ – hər kiloqramı – 0,29 AZN, III Növ – hər kiloqramı – 0,22 AZN). Beləliklə, 1 hektar sahədə istehsal edilmiş 8 ton yaş məhsulun dəyəri təxminən 2400 manat təşkil edir. Əlavə olaraq yaş tütünün hər tonuna 26 manat subsidiya verilir ki, bu da 8 tona görə 208 manat edir. Yəni, fermer il ərzində 741 manat qazanmış olur. Əgər fermer hər hektara ən azı 400 manat icarə haqqı və işçi qüvvəsinə vəsait xərcləyərsə, 1 hektar sahədə tütün istehsalına 3917 manat sərf edilir ki, burada rentabellikdən danışmaq mümkün deyil.
Tütün yetişdirmək o qədər də asan iş deyil. Amma tütünün satış qiymətinin aşağı olması bu sahədə çalışan çox sayda fermer və mütəxəssisləri haqlı olaraq narahat edir. Onlar müvafiq qurumlardan soruşmaq istəyirlər: tütünün satış qiyməti niyə bu qədər ucuz olmalıdır. Həqiqətən, niyə?
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
İlqar HƏSƏNOV, “Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)











