Azərbaycan və Türkiyə daşımalar sahəsində məsələlərin bir çoxunu həll edib
Bakıda Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının iclası keçirilibBakıda Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası keçirilib.
Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edən yığıncaqda Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın bütün sahələrinin, o cümlədən avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların əhəmiyyətli dərəcədə inkişafından bəhs edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, ölkələrimiz arasında nəqliyyat sahəsi ilə yanaşı, digər istiqamətlərdə də uğurlu əməkdaşlıq mövcuddur. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında daşımaların ümumi həcmi, eləcə də region üzrə üçüncü ölkə daşımalarında iki ölkə daşıyıcılarının aktivliyi artıb.
Vurğulanıb ki, yeni yaranmış reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa nəqliyyat kommunikasiyalarının genişlənməsi və əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması üçün yeni imkanlar yaradacaq. “Orta Dəhlizin cəlbediciliyinin artması nəticəsində Xəzər dənizi limanlarına yük axını əsaslı dərəcədə artıb”, – deyən Anar Rzayev vurğulayıb ki, mövcud şəraitdə hər iki tərəf daşımaların həyata keçirilməsinə dəstək göstərməli, yük axınlarının böyük hissəsini milli daşıyıcılarımızın daşımasına nail olmalıdır.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat Xidmətləri Tənzimləmə Baş İdarəsinin şöbə müdiri Hasan Boz “e-permit” – “İcazə” blanklarının elektron mübadilə sisteminin təqdimatını edib. Bildirilib ki, rəqəmsal texnologiyaların tətbiqi nəqliyyat əməliyyatlarının sürətlənməsinə şərait yaradacaq.
Tədbirdə qeyd edilib ki, il ərzində avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində qarşıya çıxan məsələlərin bir çoxu işçi qaydada operativ həll edilib.
İclasda Türkiyə və Azərbaycan avtodaşıyıcılarının daşıma proseslərində rastlaşdıqları problemlərin aradan qaldırılması və ölkələrimiz arasında avtomobil daşımalarının inkişafı üçün müvafiq tədbirlərin görülməsi barədə yeni razılıqların əldə olunacağına əminlik ifadə olunub.
Sonda tərəflər arasında beynəlxalq daşımalarda istifadə olunan “İcazə” blanklarının gələn il üçün kvotası razılaşdırılıb və müvafiq Protokol imzalanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























