Azərbaycanda avtomobil montajı tənəzzüldədir
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1812 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 ədəd (10,7%) az minik avtomobili istehsal olunub (yığılıb).
Marja.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, minik avtomobilləri üzrə, 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 180 ədəd təşkil edib.
2022-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8,9 faiz azalaraq 556 ədəd təşkil edib. Traktorlar üzrə, 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 18 ədəd təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1992 ədəd tminik avtomobili, 610 ədəd traktor yığılmışdı.
2022-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 56 min 92 ədəd minik avtomobili, 4 min 84 ədəd yük avtomobili, 349 ədəd avtobus idxal olunub. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 68 min 24 ədəd minik avtomobili, 4 min 571 ədəd yük avtomobili, 186 ədəd avtobus idxal olunmuşdu.
Qeyd edək ki, Azərbaycanda minik avtomobili və traktorlar Neftçala, Naxçıvan və Gəncədə istehsal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
20 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 22 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
















.jpg)




