Azərbaycana yeni avtomobillərin çatdırılması çətinləşib
Xarici zavodlarda Azərbaycana tədarük edilməsi üçün istehsal olunmuş avtomobillərin ölkəyə çatdırılmasında problemlər var.
Bunu açıqlamasında “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdən daşımalarda boş konteynerlər tapmaq çətinləşib: "Logistika şirkətləri daşımalarda problemlər yaşadıqları üçün təklif qəbul etmək istəmirlər. Təklifi qəbul edən şirkətlər isə əvvəlki vaxtlarla müqayisədə baha xidmət göstərirlər. Bir tərəfdən logistika xərcləri getdikcə artdığı, digər tərəfdən isə zavodların özlərində də qiymət artımı baş verdiyi üçün daxili bazarda yeni avtomobillər bahalaşrır".
E.Əliyev logistika probleminin 2-ci əl avtomobil bazarındakı qiymətlərə də təsir etdiyini deyib: "Əvvəllər belə maşınları fərdi şəxslər gətirirdisə, hal-hazırda onların da daşınmalarını böyük şirkətlər təşkil edir. Həmin şirkətlər isə Şərqi Asiya ölkələri ilə yanaşı, Almaniya və ABŞ-dan da maşınlar gətirirlər".
Daşıma şirkətlərindən isə bildirilib ki, son bir 1 ildə bir avtomobilin çatdırılma xərci 1 000 - 1500 ABŞ dollarından 1 500 - 3 000 ABŞ dollara yüksəlib: "Tələbatın çox olması, konteynerlərin azlığı istər-istəməz qiymətləri artırır. Məsələn, hazırda Kaliforniya və ya Vaşinqtondan daşımalar 2500 ABŞ dollarına başa gəlir. Koreyadan avtomobil tədarükü isə ABŞ-la müqayisədə bahadır. Ötən il 2 min dollara gətirilən avtomobil bu il 2 800-2 900 dollara çatdırılır. Xaricdən avtomobillərin gətirilməsi adətən 2-3 ay çəkir".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
22 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 24 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)





