"Apple istehsalının bir hissəsini Çindən çıxarmaq planlarını sürətləndirib"
Məlumata görə, şirkət nümayəndələri tədarükçülərə “Apple məhsullarının yığılmasının digər Asiya ölkələrində, o cümlədən Hindistan və Vyetnamda həyata keçirilməsi üçün daha fəal olmaq” tələbi ilə müraciət edirlər.
Bundan başqa, Apple, “Foxconn" şirkətinin (iPhone smartfonlarını yığan şirkət) əməkdaşlıq etdiyi Tayvan montajçılarından asılılığı azaldacağına” ümid edir. Bildirilir ki, bu qərara iPhone smartfonlarının istehsalı üzrə zavodlardan birinin yerləşdiyi Çjençjou şəhərində (Henan əyaləti) etirazlar səbəb olub.
Mənbələr bildirirlər ki, istehsalının əhəmiyyətli hissəsinin bir yerdə cəmləşməsi "Apple“ şirkətini narahat edir. Şirkət məhsullarının montajçılarının sayını artırmağı da nəzərdə tutur.
Daha əvvəl "Bloomberg" agentliyi İsveçrənin ən böyük bankı olan UBS-in analitiklərinə istinadən məlumat vermişdi ki, Çjençjou şəhərində karantin tədbirlərinin tətbiqi səbəbindən bu il iPhone 14 seriyalı smartfonların istehsalı 16 milyon ədəd azala bilər. Beləliklə, analitiklər iPhone istehsalının 2021-ci illə müqayisədə 20% azalacağını proqnozlaşdırırlar.
Çin, pandemiya başlayandan bəri bağlanmalar, kütləvi test və məcburi karantin daxil olmaqla ciddi karantin tədbirləri tətbiq edir.
Oktyabrın 27-də Çinin bir sıra şəhərlərində ölkədəki anti-COVID tədbirlərinə qarşı nümayişlər keçirilib. Nümayiş iştirakçıları hakimiyyətdən məhdudiyyətləri yumşaltmağı tələb ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)

