Media: Britaniyada müəllimlər ikinci işi tapmağa məcburdurlar
Müəllimlərin həmkarlar ittifaqının məlumatına görə, Böyük Britaniyada müəllimlər artan yemək xərclərini və borcları ödəmək üçün taksi sürmək, barda işləmək və fərdi repetitorluq da daxil olmaqla ikinci işləri görməyə məcbur edilir.Böyük Britaniya məktəblərində hər onuncu müəllim ölkədəki çətin iqtisadi vəziyyət fonunda ailəsini dolandırmaq üçün ikinci, hətta üçüncü iş tapmağa məcburdur.
Marja xəbər verir ki, bu barədə bazar günü həftəlik The Observer qəzeti müəllimlərin həmkarlar ittifaqının araşdırmasına istinadən məlumat yayıb.
Məlumata görə, bir çox müəllim asudə vaxtlarında taksi sürücüsü və barmen kimi əlavə pul qazanmağa başlayıb, həmçinin əlavə fərdi dərslər keçirlər. Çünki onların müəllimlik maaşı aylıq xərclərini ödəmir.
Qeyd olunur ki, illik ifadədə inflyasiya 11%-i ötdüyü halda, Britaniya hakimiyyətinin müəllimlərin maaşlarında 5-8% artım elan etməsi onlara o qədər də kömək etməyəcək.
Daha əvvəl Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi xəbərdarlıq etmişdi ki, Böyük Britaniya Avropanın enerji böhranı nəticəsində 1950-ci illərdən bəri həyat standartlarının ən böyük pisləşməsi riski ilə üzləşir. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, oktyabr ayında Böyük Britaniyada inflyasiya illik müqayisədə 11,1 %-ə yüksəlib ki, bu da 1981-ci ildən bəri ən yüksək göstəricidir. Bahalaşmada əsas amil kimi elektrik enerjisi tariflərinin artırılması göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)








