Professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir
Professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, professor elmi adı almaq üçün iddiaçının yerinə yetirməli olduğu tələblər sırasına aşağıdakılar da əlavə edilir:
- iddiaçı müvafiq ixtisas üzrə xaricdə siyahısı Komissiya tərəfindən müəyyən edilən akademik nəşriyyatlarda həmmüəllifsiz monoqrafiya (xarici dildə, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir (bu halda bu Əsasnamədə nəzərdə tutulmuş monoqrafiyanın nəşr etdirilməsi tələb olunmur);
- iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).
Eyni zamanda fərmana əsasən, Professor elmi adı elmi fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrində direktor, elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə və ya laboratoriya müdiri, şöbə və ya laboratoriya müdirinin müavini, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi vəzifələrindən birini tutan, fəlsəfə doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda veriləcək:
- dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı beş dəqiq və təbiət elmləri üzrə azı on (o cümlədən azı beşi həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;
- dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı üç, dəqiq və təbiət elmləri üzrə azı yeddi (o cümlədən azı üçü həmmüəllifsiz) elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı dörd mütəxəssis elmi dərəcə almalıdır.
dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı beş (o cümlədən azı üçü həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı on elmi məqalə təqdim etməlidir;
dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə azı on, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş humanitar və ictimai elmlər üzrə azı üç (o cümlədən azı ikisi həmmüəllifsiz), dəqiq və təbiət elmləri üzrə azı yeddi elmi məqalə təqdim etməlidir və iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır.
Əvvəllər bu məqalələrdən azı üçünün və beşinin həmmüəllifsiz olması tələb olunurdu.
Professor elmi adı almaq üçün iddiaçının yerinə yetirəcəyi yeni tələblər müəyyənləşir.
Belə ki, iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).
Fərmanla Komissiyada elmi adlar verilməsinə dair vəsatətlərə baxılma qaydasına da dəyişiklik edilir.
Ekspert şurasına dəvət olunmuş iddiaçı üzrsüz səbəbə görə iki ay müddətində iclasa gəlmədikdə, Komissiya elmi adlar verilməsinə dair sənədlərin ekspertizasını dayandırır və iddiaçıya elmi ad verilməsindən imtina barədə qərar qəbul edəcək. İndiyə qədər elmi adlar verilməsinə dair sənədləri vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə və ya müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarırdı.
© APA
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
- 13 d. əvvəl
-
-
16 d. əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
- 18 d. əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
12 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
13 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Ən çox oxunanlar
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma





















