Qarabağda biznes fəaliyyəti üçün 1300-dən artıq müraciət alıb
İşğaldan azad edilmiş ərazilərimiz aqrar sektorun inkişafının yeni təkanverici qüvvəsi kimi böyük potensiala malikdir. Qarabağ bölgəsinin malik olduğu təbii üstünlüklər, su ehtiyatları, əlverişli coğrafi mövqe və tarixi ixtisaslaşma təcrübəsi burada həyata keçiriləcək ağıllı kənd konsepsiyası ilə vəhdət şəklində aqrar sektorun inkişafının yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verəcəkdir.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.
O qeyd edib ki, yerli və xarici sahibkarlar Qarabağda biznes fəaliyyəti həyata keçirmək üçün kifayət qədər maraq göstərirlər.
“Bu günə qədər, 1300-dən artıq müvafiq müraciət KOBİA tərəfindən qeydə alınmışdır. Daxil olan investisiya təkliflərinin təqribən 20%-i kənd təsərrüfatı və aqrar sektor ilə bağlıdır.
Bu baxımdan, aqrobiznes və aqrar turizm sahəsində həyata keçirilmiş layihə əhəmiyyətli bir dövrə təsadüf edir və ümidvaram ki, sektorda yeni inkişaf meyllərinin və yanaşmaların tətbiqinin genişləndirilməsi baxımından öz töhfəsini verəcəkdir”, - deyə O.Məmmədov əlavə edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Trend
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























